Gürcüstan iyunun 1-dən etibarən, qonşu ölkələrlə, o cümlədən Azərbaycanla quru sərhədlərini açır.
"Avtoyol.az"ın məlumatına görə, bu barədə Gürcüstanın baş nazir yanında Koronavirusla mübarizə üzrə qurumlararası şurasının qərarında deyilib.
Qeyd olunur ki, ölkənin quru sərhədləri 2020-ci ilin martından bağlı idi.
Qərara əsasən, Gürcüstana daxil olmaq üçün vaksinasiya barədə müvafiq sənədin olması və ya son 72 saat ərzində mənfi koronavirus test nəticəsi zəruri olacaq.
Rəylər