Əsas səhifəNəqliyyat1 nömrəli tam orta məktəb, Kimya-Biologiya Təmayüllü Lisey və 3 nömrəli xüsusi təhsil müəssisəsi ətrafında piyada təhlükəsizliyinin artırılması məqsədilə işlər görülüb
PAYLAŞ

1 nömrəli tam orta məktəb, Kimya-Biologiya Təmayüllü Lisey və 3 nömrəli xüsusi təhsil müəssisəsi ətrafında piyada təhlükəsizliyinin artırılması məqsədilə işlər görülüb

Nəqliyyat 25 May 2021 16:00 2877

 BMT-nin 6-cı Qlobal Yol Təhlükəsizliyi Həftəsi çərçivəsində 1 nömrəli tam orta məktəb, Kimya-Biologiya Təmayüllü  Lisey və 3 nömrəli xüsusi təhsil müəssisəsi ətrafında piyada təhlükəsizliyinin artırılması məqsədilə işlər görülüb. 

Məktəblərin ətrafında:

✅  sürət həddi 30km/saat-a endirilib;

✅ yol kəsişmələrində müvafiq yol nişanları quraşdırılıb;

✅  yeni eyni səviyyəli piyada keçidləri təşkil edilib; 

✅ sürət həddinə riayət olunmasının təşviq edilməsi üçün məhdudlaşdırıcı maneələr (tramplin) quraşdırılıb;

✅ təhlükəsizliyin maksimum həddə çatdırılması üçün eyni səviyyəli piyada keçidlərinin önündə, asfalt üzərində “Məktəb”, “Yavaş” sözləri yazılıb. 

 Əlçatanlığın təmin edilməsi məqsədilə həmin məktəblərin ətrafında pandusların quraşdırılması istiqamətində işlərə başlanılacaq. 

 Qeyd olunan təhsil müəssisələri ətrafında maarifləndirmə işləri "Nəqliyyat Könüllüləri" tərəfindən uğurla davam etdirilib. Könüllülərimiz hərəkət iştirakçılarını təhlükəsizlik qaydaları haqqında maarifləndirib, "Həyat dolu küçələr" şüarı ilə sürücüləri ehtiyatlı olmağa çağırıblar. 

 Unutmayaq, piyada ən həssas və vacib yol iştirakçısıdır.

 


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020