Əsas səhifəXariciUkrayna Belarusla hava nəqliyyatını bağlayır
PAYLAŞ

Ukrayna Belarusla hava nəqliyyatını bağlayır

Xarici 26 May 2021 10:12 796


Ukrayna 26 may gecə yarısından etibarən Belarusla hava nəqliyyatını tamamilə dayandırır.

Bu barədə ölkənin baş naziri Denis Şmıqal “Telegram” kanalında bildirib.

Bundan əlavə, Ukrayna hava yollarına və təyyarələrinə Belarusun hava məkanında uçuşlar qadağan ediləcək.

Şmıqalın sözlərinə görə, hava nəqliyyatının bağlanması qərarı uçuşların və sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Xatırladaq ki, “Ryanair” təyyarəsinin Minskə məcburi enişindən sonra bir çox iri aviaşirkət Belarus hava məkanından uçmaqdan imtina edib. Daha əvvəl oxşar qərar Fransa, Böyük Britaniya, Finlandiya, Avstriya, Litva və digər ölkələrdə elan olunub.






Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020