Bakı şəhərində keçiriləcək “Azərbaycan Qran Pri ” yarışları ilə əlaqədar olaraq 31-05-2021-ci il tarixində başlayaraq qismən və tam bağlanacaq yollara görə 23 marşrut xəttinin hərəkət sxemində aşağıda qeyd edildiyi kimi müvəqqəti dəyişikliklər ediləcəkdir.
• 1, 2, 4, 10, 46 və M3 nömrəli marşrutlar üzrə avtobuslar alternativ olaraq D.Əliyeva küç., K.Səfərəliyeva küç., Nizami küç., Neftçilər pr. - Y.Səfərov küç, ilə;
• 5 nömrəli marşrut üzrə avtobusların son dayanacaq məntəqəsi S.Rəhimov küçəsində olmaqla hərəkəti Azadlıq pr., S.Rəhimov küç., Xətai pr., ilə;
• 6 nömrəli marşrut üzrə avtobusların fəaliyyəti 2 istiqamət üzrə yəni 20-ci Sahə - M.Useynov küçəsi (Funikulyor) və Axundov bağı – Azadlıq prospekti metro stansiyası istiqamətində;
• 88, M7 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi 28 May m.st yaxınlığında olmaqla hərəkəti 28 May m/st. - Puşkin küç. – D.Əliyeva küç ilə;
• 6, 18, 31, 37 və 77 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi B.Sərdarov küç. olmaqla Ş.Şamil küç., Lermantov küç., B.Sərdarov küç. ilə;
• 53, 125 və 127 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi M.Useynov küç. (Funikulyor);
• 59 və 61 nömrəli marşrut avtobuslarının hərəkəti S.Vurğun küç. - Ş.Bədəlbəyli küç. –R.Behbudov küç. ilə;
• 65 nömrəli marşrut üzrə avtobusların hərəkəti M.Muxtarov küç., - Ə.Cavad küç., - Azərbaycan pr. ilə;
• 205 nömrəli marşrut avtobuslarının hərəkəti Lökbatan NMM – Bakı Dairəvi Avtomobil yolu – M.Müşfiq küç. Daha sonra öz xətti ilə hərəkətini davam etdirəcək;
• M2 və M2A nömrəli ekspres marşrutlar üzrə avtobusların hərəkəti Neftçilər prospektindən çıxarılaraq Mirzəağa Əliyev, Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələri ilə təşkil ediləcəkdir.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər