Əsas səhifəMaraqlı"Renault" şirkətinin yeni modeli Türkiyədə satışa çıxarıldı - FOTO
PAYLAŞ

"Renault" şirkətinin yeni modeli Türkiyədə satışa çıxarıldı - FOTO

Maraqlı 26 May 2021 15:08 1309


Renault şirkəti yeni Taliant sedanının Türkiyədəki satışlarına start verib: yeni sedan qardaş ölkədə Symbol adı ilə tanınan ikinci nəsil Logan modelini əvəz edib. Yeni modelin qiymətləri 179,900 türk lirəsindən (36.350 manat) başlayır.

Türkiyə bazarında satılan Renault Taliant modeli Logan/Sandero cütlüyünün əsaslandığı CMF-B platformasında inşa olunub. Renault Taliant modelinin qabaritləri Logan modeli ilə eynidir: sedanın uzunluğu 4396 millimetr, eni - 1848 millimetr, hündürlüyü - 1501 millimetr, təkər bazasının genişliyi isə 2649 millimetrdir.

 

 

Renault Taliant sedanı Türkiyədə iki təchizat səviyyəsində təklif edilir – Joy və Touch. Joy versiyasında olan sedanın qiyməti 179.900 (36.350 manat) lirədən, Touch versiyasının isə 207.900 (41.960 manat) lirədən başlayır. Yeni sedanın istehsalı Bursadakı Oyak-Renault zavodunda təşkil edilib.






Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020