Əsas səhifəMaraqlıAvtomobili hansı dövriyyə ilə idarə etmək məsləhətlidir?
PAYLAŞ

Avtomobili hansı dövriyyə ilə idarə etmək məsləhətlidir?

Maraqlı 26 May 2021 18:08 1082


Mütəxəssislər avtomobili hansı dövriyyədə idarə etmənin mühərrikə ziyan vermədiyini açıqladı.

"Avtoyol.az" bildirir ki, mütəxəssislərin fikrinə görə 4500 dövriyyədən sonra avtomobilin mühərrikində yükün artması və enerji blokunun həddindən artıq isinməsi baş verir. Bu da yağ istehlakının artmasına səbəb olur. Gələcəkdə bu sürüş tərzi avtomobil sahibi üçün bahalı təmirlə nəticələnə bilər.
İkinci halda isə 1000-1200 dövriyyə ilə hərəkət edən avtomobilin mühərrikində yağ təzyiqi azalır və sonra yağ pompası işini dayandırır. Nəticədə mühərrikin yağı daha az təsirli olur, elementlərin divarlarında sürtünmə meydana gəlir və sürtünmə hissələri daha pis yağlanır.
Digər tərəfdən isə mühərrik klapanları daha sürətli köhnəlir. Çünki elementin dönə bilməməsi səbəbindən səthlərində kiçik çöküntülər meydana gəlir.
Bu hallardan yayınmaq üçün mütəxəssislər avtomobili 1800-3000 dövriyyə ilə sürməyi məsləhət görür. Əks halda mühərrik daha çox yüklənir və bu da onun vaxtından əvvəl sıradan çıxmasına səbəb olur.



Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020