550 at qüvvəli 4,0-litrlik V8 biturbomühərriki və səkkiz pilləli “avtomat” standartdırlar. Bu səbəbdən 100 km/saata (4,5 saniyə) sürətlənmə müddəti və maksimal sürət (290 km/saat) həddi eyni qalıb. Ancaq çox sayda başqa dəyişikliklər var.
“S” hərfi “sport” mənasını verir, buna görə yeni versiya prevmatik asqı sisteminin müvafiq tənzimləmələrinə malikdir. Mühəndislər amortizatorların sərtliyini 15% artırıblar, 48 voltluq elektrik şəbəkəsindən işləyən aktiv elektromexaniki stabilizatorlar standart təchizata daxil ediliblər. Bununla birlikdə, karbon-saxsı əyləc mexanizmləri və birbaşa axınlı buraxılış sistemi hələ də opsiyalar siyahısında qalırlar.
Lakin stabilizasiya sistemi daha rahat idman rejiminə malik olub, standart olaraq bu sistem əyləclər vasitəsi ilə dartma vektoruna nəzarəti daha aktiv şəkildə təqlid edir və krossoverə daha canlı xarakter verir. Nəhayət, standart 21-düymlük təkər disklərinin əvəzinə Bentayga S modeli 22-düymlük disklər ilə təchiz olunur.
Bentayga S modifikasiyasının xüsusiyyətləri arasında eksteryerin qara dekoru (güzgü gövdələri və buraxılış sisteminin çıxış boruları da daxil olmaqla), beşinci qapıdakı böyük spoyler (Speed versiyasındakı kimi) və yüngülcə tündləşdirilmiş işıq texnikası var.
Salonda dəri və zamşa ilə üzlənmiş oturacaqları, seçilən əlavələri və virtual cihazlar panelinin digər qrafikasını görmək olar.
Eyni zamanda, S versiyası, digər Bentayga modelləri kimi, üçüncü oturacaq cərgəi və ya ikinci cərgənin fərdi oturacaqları ilə təchiz etmək olar.
Avropadakı Bentley dilerləri artıq Bentayga S krossoverlərinə sifarişləri qəbul edirlər.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər