Əsas səhifəMaraqlıTəkərləri azot, yoxsa hava ilə şişirtmək lazımdır? - SÜRÜCÜLƏRƏ TÖVSİYƏ
PAYLAŞ

Təkərləri azot, yoxsa hava ilə şişirtmək lazımdır? - SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

Maraqlı 27 May 2021 14:31 1533


Sürücülər təkərdoldurma məntəqəsinə getdikləri zaman ara-sıra onlara şinlərin azotla şişirdilməsi təklif edilir.

Təkərləri azotla şişirtmək fikri Formula-1 yarışlarından sonra dəbə düşüb.

"Avtoyol.az" qeyd edir ki, bildiyiniz kimi havanın təxminən 78% -i azotdan, 21% -i oksigendən, qalan hissəsi isə su buxarı, helium, argon, karbon dioksid və hidrogendən ibarətdir.

Əvvəla azot havadan daha stabildir və bu zaman təzyiq dəyişməz olaraq qalır. Eyni zamanda azot atmosferdəki istilik dəyişikliklərinə qarşı daha az həssasdır.  Digər tərəfdən isə bütün təkərlər rezindən nüfuz edən qazlar səbəbindən tədricən təzyiqini itirir. Azotla şişirilən təkərlər də isə bu proses daha yavaş baş verir və təkərlər uzun müddət təzyiqli qalır.
Həmçinin normal havadakı oksigen rezinlə reaksiyaya girir və nəticədə oksidləşdirici bir proses meydana gəlir ki, bu da  zaman keçdikcə təkərləri sıradan çıxarır və disklər korroziyaya uğrayır.

Ümumiyyətlə hava ilə şişirdilən təkərdə buxar və ya maye halında olan su temperatur dəyişdikcə böyük təzyiq dəyişikliyinə səbəb olur. Azotla şişirdildikdə isə şinlər hərtərəfli təmizlənir və ondan oksigen, su və digər qazlar xaric olunur.
Hətta azotla şişirdilən təkərin partlama ehtimalının daha az olduğu da iddia edilir.

İddiaya görə bunun səbəbi azotun təsirsiz bir qaz olması və yanmağa meyilli olmamasıdır. Formula-1 yarışlarında elə məhz buna görə avtomobillərin təkərləri azotla doldurulur ki, qəza zamanı partlayış baş verərsə təkərlər alışıb yanmasın. 
Amma avtomobil təkərlərinin istehsalçıları qeyd edir ki, sürücülər şinləri həm hava, həm də azotla şişirdə bilər. 






Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020