Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 220 yeni yoluxma faktı qeydə alınıb, 533 nəfər müalicə olunaraq sağalıb.
"Avtoyol.az" xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 333 317 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 322 806 nəfər müalicə olunaraq sağalıb, 4 891 nəfər vəfat edib, aktiv xəstə sayı 5 620 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 369, ötən müddət ərzində isə ümumilikdə 3 486 381 test aparılıb.
Rəylər