Əsas səhifəGündəmRəsmi Bakıdan Ermənistana ÇAĞIRIŞ: “Vəziyyəti gərginləşdirməyin”
PAYLAŞ

Rəsmi Bakıdan Ermənistana ÇAĞIRIŞ: “Vəziyyəti gərginləşdirməyin”

Gündəm 28 May 2021 15:10 925


Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, mayın 27-dən 28-nə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərini atəşə məruz qoyublar. Nəticədə hərbi qulluqçumuz, əsgər Muradov Elxan yaralanıb.

Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb. 

Bildirilib ki, Ermənistan tərəfinin son günlərdə Ermənistan-Azərbaycan dövlət sərhədi boyu törətdiyi təxribatlar, o cümlədən sərhədin Naxçıvan sahəsində Azərbaycanlı əsgərin yaralanması, bölgədə vəziyyətin gərginləşdirilməsinə xidmət edir:

“Bölgədə yaşanan bu eskalasiyaya görə məhz Ermənistan cavabdehdir.

Ermənistanı təxribat əməllərinə dərhal son qoymağa, sərhədlərin toxunulmazlığına riayət etməyə və bölgədə vəziyyəti gərginləşdirən əməllərdən çəkinməyə çağırırıq”.






Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020