Sürücülərə vacib xəbərdarlıq! 150 manat CƏRİMƏ edilə bilərsiniz
Qanun
29 May 2021 12:20
3574
Son zamanlar yollarda hərəkət edən sürücülərin lüzumsuz yerə arxa duman işıqlarından istifadə etmələri ilə tez-tez rastlaşırıq. Bəzi sürücülər isə arxa duman fənərlərini stop işıqlarına qoşaraq konstruksiyaya müdaxilə edirlər. Hər iki halda qanunun tələbinin pozulması ilə yanaşı, həm də digər hərəkət iştirakçılarının gözünün qamaşması ilə nəticələnir.
"Avtoyol.az" metbuat.az-a istinadən xəbər verir ki, "Yol hərəkəti haqqında" qanunda qeyd olunub ki, arxa duman fənərləri yalnız məhdudiyyətli görünmə şəraitində yandırıla bilər. Yolda belə şərait olmadığı halda həmin fənərləri yandıran sürücülər 30 manat məbləğində cərimə oluna bilər.
Qeyd edək ki, xarici işıq cihazlarına müdaxilə edərək arxa duman fənərlərini stop işıqlarına qoşan sürücülər isə 150 manat məbləğində cərimə oluna bilər.
Rəylər