+994507882020
info@avtoyol.az
Əsas səhifəEkspertAzərbaycanda vahid avtomobil bazasının yaradılması hansı faydalar verə bilər? - Ekspert
PAYLAŞ

Azərbaycanda vahid avtomobil bazasının yaradılması hansı faydalar verə bilər? - Ekspert

Ekspert 30 May 2021 10:47 619


Azərbaycanda vahid avtomobil bazasının yaradılması vacibdir.

Bunu Trend-ə açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov deyib.

O bildirib ki, bu təcrübə artıq bəzi ölkələrdə var və prosesin Azərbaycanda reallaşması üçün lazımi şərait də mövcuddur: "Bunun üçün lazım olan texnologiya da var, proqramı emal edəcək informasiya bazası da. Sadəcə bunu təşkil etmək və proqram yazmaq lazımdır. Əgər bu sistem yaradılarsa, digər ölkələrdə olduğu kimi Azərbaycanda da nəqliyyat vasitələri barədə baza məlumatlarını hər kəs əldə edə bilər. Nəqliyyat vasitəsinin identifikasiya nömrəsini (VİN code) daxil etməklə həmin avtomobilin nə vaxt, harda istehsal olunduğu, hansı ölkədən gətirildiyi və qəzaya uğraması barədə məlumat almaq olar".

Ə.Hüseynov bildirir ki, bu sistemi xarici ölkələrdə polis orqanları deyil, sığortaçı şirkətlər yaradır: "Yəni başqa ölkələrdə bu sistemi nə Nəqliyyat Nazirliyi, nə Nəqliyyat Agentliyi, nə də polis yaradır. Bu proqramı ilk olaraq Amerika Birləşmiş Ştatlarında formalaşdırılıb. Hazırda Almaniya, Koreya və digər ölkələrdə də bu belə vahid sistem fəaliyyət göstərir. Ona görə də həmin ölkələrdə sığorta şirkətləri hətta yol qəzalarına müdaxilə edə bilirlər. Bu polisin də işini asanlaşdırır. Həmin ölkələrdə sığorta şirkətləri polis olmadan hadisə yerinə gəlir, dəymiş ziyanı müəyyən edir, hadisə yerinin fotolarını çəkir və polisə göndərir. Polis də hadisə yerinə gəlmədən şəkilləri analiz etməklə hadisə zamanı hansı tərəfin günahkar olduğunu müəyyən edir. Azərbaycanda bu sistemi İcbari Sığortaçılar Bürosu yarada bilər. Azərbaycanda nəqliyyat vasitələrinin icbari sığortası ilə məşğul olan şirkətlər həmin büroda birləşərək bu sistemin yaradılmasında maraqlı olmalıdırlar".

Ekspert bildirir ki, vahid baza əslində nəqliyyat vasitələrinin sığorta tarixçəsidir: "Onsuz da hazırda hər hansısa bir nəqliyyat qəzası baş verərsə, sürücü bu barədə dərhal sığorta şirkəti və yol polisinə məlumat verir. Həmin qurumlar hadisə yerinə gəlir və hadisəni araşdırır, şəkillər çəkir. Həmin şəkillər əgər sığorta tarixçəsi bazasına yerləşdirilərsə, bu sistem bizdə də fəaliyyətə başlaya bilər".






Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020
E-poçt: info@avtoyol.az