Əsas səhifəMaraqlıVolkswagen T7 Multivan modelinin debüt tarixi məlum olub - VİDEO
PAYLAŞ

Volkswagen T7 Multivan modelinin debüt tarixi məlum olub - VİDEO

Maraqlı 30 May 2021 21:38 1457

Bu günə qədər Volkswagen şirkəti yeni T7 Multivan modelinin tizerlərini bol şəkildə yaymlayıb. Alman istehsalçısı yeni furqonun interyeri, eksteryeri, transformasiya imkanlar və avadanlıqları barədə müəyyən məlumatın səsləndirildiyi videotizerləri dərc edib. Bu gün bu tizerlərin sırasına biri də qoşulub - bu dəfə mövzu yeni furqonun güc qurğusudur.

Artıq məlum olduğu kimi, yeni furqon təkrar doldurula bilən hbrid güc qurğusu (PHEV) ilə təklif ediləcəkdir. Təmiz elektrik rejiminə malik olan Mutivan eHybrid modeli hərəkətə elektrik ötürməsi ilə başlayacaqdır.

Batareyanın cərəyanının bitməsi halında və ya yüksək sürətlərdə dövrəyə daxili yanma mühərriki girəcəkdir. Qurğunun qidalanacağı batareya kuzovun döşəməsinin altında quraşdırıldığından, daxili məkana təsir göstərməyəcəkdir.Üstəlik, furqonun ağırlıq mərkəzi də aşağı düşəcəkdir.

"Avtoyol.az" xəbər verir ki, alman istehsalçısı güc qurğusu barədə məlumat verməyib, lakin yeni furqonun MQB platformasına əsaslandığını nəzərə alsaq, bu aqreqatın adı çəkilən platformada inşa edilmiş digər hibrid avtomobillərdəki güc qurğusuna bənzər olacağını söyləmək mümkündür.

Məsələn, Golf GTE, Audi A3 Sportback 45 TFSI e, Skoda Octavia RS iV və Cupra Leon e-Hybrid modellərində quraşdırılmış 1,4-litrlik benzin turbomühərrikinə əsaslanan güc qurğusu 242 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edir. Bu qurğunun 201 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən variant da mövcuddur.

Hər iki variant 6-pilləli DSG "robotu" ilə tandemdə çalışır və 13 kilovat-saatlıq batareya ilə təchiz edilir.

Mutivan eHybrid modelinin iri və ağır olduğunu nəzərə alsaq, daha güclü qurğunun seçilməsi məqsədəuyğun görünür. Bir də, dərc edilmiş videoçarxda furqonun elektrik variantı da nümayiş etdirilib. Eyni zamanda, yeni furqonun təqdimat tarixi də açıqlanıb - 10 iyun.








Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020