Əsas səhifəÖlkə"Formula 1" ilə əlaqədar Bakının bəzi ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
PAYLAŞ

"Formula 1" ilə əlaqədar Bakının bəzi ərazilərində nəqliyyatın hərəkəti dayandırılır

Ölkə 31 May 2021 08:22 1928
"Formula 1" Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq “Bakı şəhər halqası”nın keçdiyi və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkəti bu gün saat 01:00-dan etibarən 8 iyun, səhər saat 06:00-dək dayandırılır.

"Avtoyol.az" xəbər verir ki, məhdudiyyətin tətbiq olunduğu müddət ərzində əhalinin ictimai nəqliyyata əlçatanlığını təmin etmək üçün trekin və onun ətrafındakı küçələrdən keçən marşrut xətlərinin hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Bakı şəhəri ərazisində avtomobillərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bağlanan və istiqaməti dəyişdirilən küçə və prospektlər aşağıdakılardır:

"F1 halqası istiqamətində Keykab Səfərəliyeva, Rixard Zorqe, Aleksandr Puşkin, Bülbül, Səməd Vurğun, Teymur Elçin, Mehdi Hüseyn, Lermontov, Azərbaycan, Mikayıl Useynov, Zərgər Palan, Murtuza Muxtarov, Şeyx Şamil, Afiyəddin Cəlilov, Yusif Səfərov adına küçə və prospektlərdə avtomobillərin hərəkət istiqaməti dəyişdirilir.

Afiyəddin Cəlilov - Mehdi Mehdizadə küçələrindən Yusif Səfərovla kəsişmədən hərəkət sağa, Yusif Səfərov küçəsindən sağa yalnız 28 May küçəsinə;

20-ci sahə, Bayıl qəsəbəsi və Bayraq meydanı yanından hərəkət edənlər Bayıl qəsəbəsinin daxili yolları ilə Neftçi Qurban və Xanlar küçəsi istiqaməti üzrə Parlament prospektinə;

Bakı-Salyan-Ələt yolundan isə hərəkət Lökbatan dairəsindən 3-cü kənar dairəvi yolla Yasamal rayonu ərazisindən keçməklə;

Bakı-Zığ yolu – 8 Noyabr prospekti, eləcə də Hava Limanı – Heydər Əliyev prospektindən mərkəzə doğru hərəkət edənlər Nəcəfqulu Rəfiyev – Babək prospekti, 10-cu Zavod Dairəsindən – Nərimanov rayonu ərazisindən keçərək Fətəli Xan Xoyski küçəsi ilə;

Mehdi Hüseyn küçəsindən Lermontov küçəsinə hərəkətin əksinə və Axundov parkı ərazisi ilə Əhməd Cavad küçəsinin əksinə hərəkət nəzərdə tutulur.

Ü.Hacıbəyov küçəsinin kəsişməsindən Füzuli küçəsinin kəsişməsinədək Səməd Vurğun küçəsindən iki istiqamətli hərəkət müəyyənləşdirilib.

Yarış həftəsinin bütün günlərində trekin keçdiyi və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkətinə nəzarəti BŞDYPİ həyata keçiləcək.

Məhdudiyyətin tətbiq olunduğu müddət ərzində 22 müntəzəm marşrut xətti üzrə - 1, 2, 4, 5, 6, 10, 18, 31, 37, 46, 53, 59, 61, 65, 77, 88, 125, 127, 205, M3 və M7 nömrəli- avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.

Nəqliyyat vasitələri ilə yanaşı, piyadaların da rahat, maneəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə zəruri tədbirlər görülüb. Belə ki, yarış həftəsi ərzində şəhər sakinləri trek ərazisində yerləşən yeraltı keçidlərdən və həmçinin trekin müəyyən yerlərində quraşdırılan yerüstü keçidlərdən istifadə edə biləcəklər. Bu yerüstü keçidlər Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin və Neftçilər prospekti ilə Rəşid Behbudov küçəsinin, Xaqani ilə Rəşid Behbudov küçələrinin və Azadlıq prospekti ilə Xaqani küçəsinin kəsişmələrində yerləşir.

Bundan başqa, bu il "Formula 1" yarışı tamaşaçısız keçirildiyi üçün dənizkənar bulvar ərazisi bağlı deyil və şəhər sakinləri yarış həftəsinin bütün günlərində bu ərazidən gün boyu istifadə edə bilərlər.


Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020