Əsas səhifəGündəmDYP-dən maska açıqlaması: Bu hallarda cərimə yazılacaq
PAYLAŞ

DYP-dən maska açıqlaması: Bu hallarda cərimə yazılacaq

Gündəm 31 May 2021 15:28 1241
Xəbər verdiyimiz kimi bu gündən Azərbaycanda açıq havada maska taxmaq məcburiyyəti ləğv edilib. Lakin bu qərar qapalı məkanlara, o cümlədən ictimai nəqliyyata aid deyil. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Namidan Piriyev Avtosfer.az vasitəsilə hərəkət iştirakçılarına səslənərək bildirib ki, açıq havada maska taxmaq məcburiyyətinin ləğv edilməsi o demək deyil ki, ictimai nəqliyyatda və şəxsi avtomobillərdə maska taxmamaq olar. Yenə də olduğu kimi ictimai nəqliyyatdan və taksi xidmətlərindən istifadə edən insanlar tibbi maskadan mütləq istifadə etməlidir. Şəxsi nəqliyyat vasitələrinə gəlincə isə sürücü avtomobildə tək və ya ailə üzvləri ilə birgə gedirsə, maskadan istifadə etməyə bilər. Lakin avtomobildə digər şəxslər olduqda həm sürücü, həm də sərnişin tibbi maskadan mütləq istifadə etməlidir. Əks halda İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilir.


Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020