Əsas səhifəMaraqlıMaşın alarkən ALDANMAYACAQSINIZ! Bu sistem yaradılarsa... - FOTO
PAYLAŞ

Maşın alarkən ALDANMAYACAQSINIZ! Bu sistem yaradılarsa... - FOTO

Maraqlı 31 May 2021 21:47 1035
Son günlər Azərbaycanda avtomobil sahəsində daha bir yenilik olacağı barədə məlumatlar dolaşır. Bu yenilik sayəsində insanların istənilən maşın haqqında informasiya əldə etmək mümkün olacaq. Söhbət ABŞ, Almaniya, Fransa və digər yüksək inkişaf etmiş ölkələrdə olduğu kimi avtomobillərin vahid elektron bazasından gedir. Həmin sistemin köməyilə avtomobilin ban nömrəsi yazılmaqla onun tarixçəsi üzə çıxır.

Görəsən, bu elektron bazanın Azərbaycanda yaradılması mümkündürmü? Yeni sistemin hansı faydaları hansılardır?

Avtomobil eksperti Elməddin Muradlı Lent.az-a bildirib ki, Azərbaycanda köhnə, yararsız avtomobillər çoxdur və buna görə də elektron bazanın yaradılması yaxşı təşəbbüsdür:

Avtomobil eksperti Elməddin Muradlı

“Vahid elektron bazanın yaradılması yaxşı ideya ola bilər. Çünki Azərbaycanda kifayət qədər qəzalı, satirik dildə desək, çətin həyat yolu keçən avtomobillər var. Bu avtomobillər üçün vahid informasiya sistemi yaratmaq yaxşı fikirdir. Həmin sistemi də Azərbaycan sürücüləri üçün əlçatan üsulda etmək lazımdır. Düzdür, indi bəzi avtomobillərdə bir nömrə ilə müəyyən məlumatlar əldə etmək olur. Əslində rəsmi dillerlər tərəfindən gətirilən avtomobillərin bu cür qeydiyyatı aparılır. Azərbaycan maşın bazarı hələ təzə-təzə yenilənir. Köhnə, yararsız avtomobillərdən hələ ki xilas ola bilməmişik. Buna baxmayaraq, ölkəyə yenə də qəzalı, yararsız avtomobillər gətirilməkdə davam edir. Belə halda, vahid bazanın yaradılması lazımdır”.

Ekspertin sözlərinə görə, aidiyyatı dövlət qurumları məsələyə yaxından diqqət ayırmalı və şəxsi maraqları kənara qoymalıdırlar:

“Əvvəla rəsmi dillerlər bu işdə maraqlı olmalıdır. İkincisi, Dövlət Yol Polisi də bu işə maraq göstərməlidir. Üçüncüsü, Dövlət Gömrük Komitəsi məsələyə yaxından diqqət göstərməli və əhəmiyyət verməlidir. Bu baza sayəsində qəzalı avtomobillər barədə məlumat toplanacaq və vətəndaşlar alqı-satqı zamanı aldanmayacaqlar. Qəzalı və oğurluq maşınların da sayı azalacaq. Bu baxımdan avtomobillərin vahid elektron bazası müsbət təsirlər göstərəcək. Ancaq adlarını çəkdiyim qurumlar şəxsi maraqları bir tərəfə qoyub, məsələyə yaxından diqqət ayırmalıdırlar. Belə olan halda artıq heç bir avtomobili “çörəkli maşındır”, “nurlu maşındır” və s. kimi satmaq mümkün olmayacaq”.

Xatırladaq ki, xarici ölkələrdə bu elektron baza sığortaçı şirkətlər tərəfindən yaradılır. Həmin şirkətlər sığorta etdikləri nəqliyyat vasitəsinin qəza törətməsi, zədələnməsi və s. barədə bütün məlumatları tarixçədə qeyd edir.


Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020