Əsas səhifəMaraqlıİsti havalarda avtomobillər niyə yanır? - VACİB AÇIQLAMA-VİDEO
PAYLAŞ

İsti havalarda avtomobillər niyə yanır? - VACİB AÇIQLAMA-VİDEO

Maraqlı 01 İyun 2021 10:18 1311
Bakıda hərəkətdə olmayan avtomobil qəfil alışıb. 

Hadisə ötən gün paytaxtın Xətai rayonu, Babək prospektində baş veib.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, yanğın  "QAZ-3110" markalı minik avtomobilinin yük yerindən başlayıb. Dərhal yaxınlıqda olanlar yanğına müdaxilə ediblər.

Ətrafdan insanlar su gətirib avtomobil söndürməyə çalışsalar da, mümkün olmayıb. Əraziyə gələn yanğınsöndürənlər yanğını söndürə biliblər. Hadisə zamanı xəsarət alan olmasa da, minik avtomobilinin  salonu və yük yeri yanıb.

Bənzər hadisələr Biləsuvar və Ağdaş rayonlarında da olub. Biləsuvarda ''Qaz'' markalı yük maşınının kabini yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Ağdaşda isə ''Mersedes'' markal minik avtomobilinin yanar hissələri yanıb.

Bəs avtomobillər hansı səbəbdən yana bilər?

Ustalar deyirlər ki, yanğına səbəb avtomobillərin yanacaq sistemindən baş verən nasazlıq olur.

Yeni avtomobillərdə isə bu, çox nadir hallarda baş verir. İstehsal ili 5 ildən çox olmayan avtomobillərdə baş verən yanma hallarına isə adətən əlavə avadanlıqlara görə də rast gəlinir.

Usta Sahil Ağabəyli sürücülərə yay aylarında bəzi diqqət ediləsi vacib tövsiyələr verib.

Usta onu da bildirib ki, sürücülər avtomobildə yaranan xırda nasazlığa həssas yanaşmalıdırar.



Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020