Əsas səhifəNəqliyyatSığorta şirkətləri yol qəzalarına görə edlən ödənişləri artırıb
PAYLAŞ

Sığorta şirkətləri yol qəzalarına görə edlən ödənişləri artırıb

Nəqliyyat 01 İyun 2021 21:38 1376

2021-ci ilin yanvar-aprel ayları ərzində sığorta şirkətləri tərəfindən yığılan sığorta haqlarının ümumi həcmi 339 milyon 107,3 min manat, sığorta ödənişlərinin həcmi isə 179 milyon 789,3 min manat olub.

Sığorta haqlarının həcmi ötən ilin may ayının 1-nə olan göstəricilərlə müqayisədə 8,9 faiz, sığorta ödənişlərinin həcmi isə 70,3 faiz artıb.

Belə ki, könüllü sığorta növü üzrə şirkətlər tərəfindən 222 milyon 416 min manat, icbari sığorta növü üzrə isə 116 milyon 691,1 min manat sığorta haqqı yığılıb.

Ötən ilin may ayının 1-nə olan göstəricilərə nəzərən könüllü sığorta növü üzrə yığım həcmi 6 faiz, icbari sığorta növü üzrə yığımlar isə 14,9 faiz artıb.

Könüllü sığorta növü üzrə sığortalanan şəxslərə şirkətlər tərəfindən 129 milyon 372,6 min manata qədər, icbari sığorta növü üzrə isə 50 milyon 416,7 min manata qədər sığorta ödənişi edilib.

2020-ci ilin may ayının 1-nə olan göstəricilərlə müqayisədə könüllü sığorta növü üzrə sığorta ödənişlərinin həcmi 1,6 dəfə, icbari sığorta növü üzrə isə 2 dəfəyə qədər artıb.

Əlavə edək ki, may ayının əvvəlinə olan göstəricilərinə əsasən könüllü sığorta ilə avtomobil sığortası üzrə 10 milyon 269,2 min manat (illik müqayisədə 26,7 faiz az) sığorta haqqı, 4 milyon 768,5 min manat (illik müqayisədə 11,5 faiz çox) sığorta ödənişi edilib.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə isə 28 milyon 712 min manat (illik müqayisədə 9,5 faiz çox) sığorta yığımı, 21 milyon 448,6 min manat (illik müqayisədə 2,2 faiz çox) sığorta ödənişi edilib.






Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020