Əsas səhifəİqtisadiAzərbaycan iyul ayı üzrə neft hasilatının artırılması planının qüvvədə qalmasına razılıq verib
PAYLAŞ

Azərbaycan iyul ayı üzrə neft hasilatının artırılması planının qüvvədə qalmasına razılıq verib

İqtisadi 01 İyun 2021 22:24 1858


Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 17-ci iclasında iyul ayı üçün hasilatın artırılması qərarının qüvvədə qalmasına dair razılıq əldə edilib.

Energetika Nazirliyindən Trend-ə bildirilib ki, Energetika naziri Pərviz Şahbazovun iştirakı ilə keçirilən iclasda Azərbaycan da “Əməkdaşlıq Bəyannaməsi” iştirakçıları üzrə hasilatın azaldılması öhdəliyinin iyulda gündəlik 5,76 mln. barrel həcmində saxlanılmasına dair planın qüvvədə qalmasına razılıq verib.

Qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycanın hasilatın azaldılması barədə öhdəliyi iyulda gündəlik 98 min barrel olaraq qalacaq. Bu isə o deməkdir ki, xam neft hasilatı 10 min barrel artırılacaq. Beləliklə, iyul ayında ölkədə xam neft hasilatı gündəlik 620 min barrel həcmində saxlanılacaq.






Oxşar Xəbərlər

Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti
18 İyun 2021 14:46 2398

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020