Əsas səhifəMaraqlıYaponiyada hidrogen mühərrikli avtomobil yarışa qatılıb
PAYLAŞ

Yaponiyada hidrogen mühərrikli avtomobil yarışa qatılıb

Maraqlı 01 İyun 2021 23:18 1116

Yaponiyada hidrogen yanacağı ilə işləyən mühərrikli, ekoloji cəhətdən təmiz yeni növ avtomobil yarışda iştirak edib.

"Avtoyol.az" Milli.az'a istinadən bildirir ki, "Toyota" şirkəti tərəfindən hazırlanmış həmin avtomobil hidrogen yanacağı ilə işləyir. Bu hidrmobil bütün dünyada avtomobil istehsalçılarının karbon qazı yaymayan elektromobillərin istehsalını tənzimləməyə çalışdığı bir vaxtda yarışa qatılıb.

Bildirilir ki, dözümlülük uğrunda 24 saat davam edən yarış mayın 22-də Şizuoka prefekturasında start götürüb.

Yarışın iştirakçıları arasında çox az miqdarda karbon qazı yayan hidromobil də yer alıb. Qeyd edilir ki, bu maşının mühərriki benzin əvəzinə hidrogen ilə hava qarışığını yanacaq kimi işlədir.

Yarış zolağında onun saatda 200 kilometr sürətlə hərəkət etdiyi də bildirilir.











Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020