Əsas səhifəXarici“Toyota” və “Honda” Malayziyada avtomobil istehsalını dayandırdı
PAYLAŞ

“Toyota” və “Honda” Malayziyada avtomobil istehsalını dayandırdı

Xarici 02 İyun 2021 08:48 1131
Yapon avtomobil istehsalı şirkətləri “Toyota” və “Honda” koronavirus məhdudiyyətləri səbəbiylə Malayziyada yeni avtomobillərin istehsalını və satışını dayandırmağa qərar verib.

Bu barədə “Nikkei” nəşri məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, “Toyota”nın Malayziyada iki zavodu var. “Honda”nın da həmçinin Malayziyada motosiklet və avtomobil istehsal edən iki müəssisəsi fəaliyyət göstərir.

Malayziya hökumətinin tələblərindən sonra hər iki avtomobil istehsalı şirkətinə personalın yalnız 10 faizini işdə saxlamaq icazəsi verilmişdi.

Lakın qısa müddət sonra zavodların bu rejimdə işləməsi qeyri-mümkün hala gəlib və hər iki şirkət fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.


Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020