ABŞ-ın "Tesla" elektromobil şirkəti ölkədə 6 minə yaxın avtomobili geri çağıracaq.
"Avtoyol.az"ın məlumatına görə, bu barədə ABŞ-ın Yollarda Hərəkət Təhlükəsizliyi Milli İdarəsi bildirib.
Qeyd olunur ki, avtomobillər əyləc dəstəyinin boltlarının möhkəm bağlanmaması ilə əlaqədar geri çağırılmalıdır.
Geri çağırılma qərarı 2019-2021-ci illərdə istehsal olunmuş "Model 3" və 2020-2021-ci illərdə istehsal olunmuş "Model Y" modellərinə şamil olunur.
Qeyd edək ki, bu ilin əvvəlində "Tesla" monitorla əlaqədar problemlərə görə 135 minə yaxın avtomobili geri çağırmışdı.
Rəylər