"Avtoyol.az" məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.
Onun sözlərinə görə, bir il əvvəl may ayında ölkəmizdə xəstəliyə yoluxanların sayında artımlar müşahidə edilirdi:
“Eyni zamanda, bu dövrdə insanların xəstəliklə bağlı fikirləri, baxışları da dəyişib, maarifləndirmə öz nəticəsini verib. Artıq qış aylarından bəri insanların qızıl qaydalara ciddi əməl etdiyini müşahidə edirik.
Ötən il əhalinin bu virusa qarşı həssaslığı 100 faiz idisə, bu gün rəqəm aşağı düşüb. Bu, yoluxub sağalanların və vaksinasiya olunan insanların sayının artımı ilə bağlıdır. Biz qaydalara əməl etdikcə və vaksinasiya olunduqca, karantin rejimində daha çox yumşalmalar olacaq”.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər