Əsas səhifəMaraqlı“BMW” elektromobillər üçün Çində 360 min şarj stansiyası inşa edəcək
PAYLAŞ

“BMW” elektromobillər üçün Çində 360 min şarj stansiyası inşa edəcək

Maraqlı 04 İyun 2021 14:50 1400

Almaniyanın avtomobil istehsalçısı “BMW” bu il elektromobillər üçün Çində 360 min şarj stansiyası tikməyi planlaşdırır. Bu barədə şirkətin baş direktoru Jochen Goller Pekində keçirilən sammitdə məlumat verib. O, şirkətin Çindəki satışlarının payını 2023-cü ilə qədər 25%-dək artırmağı və ölkədəki bütün “BMW” zavodlarının emissiyasını sıfıra endirməyi vəd edib.

Qeyd edək ki, 2020-ci ildə Çində 1.2 milyon elektromobil satılıb. ÇXR hökuməti 2060-cı ilə qədər atmosferə atılan zərərli tullantıları sıfıra endirməyi hədəfləyən yeni strategiya qəbul edib. Bu strategiyaya görə, 2025-ci ilə qədər ölkədə satılan elektromobillərin payı 5%-dən 20%-dək artırılacaq.

“Volkswagen”, “General Motors” və “Volvo” daxil olmaqla, bir çox avtomobil istehsalçısı elektromobil istehsalını genişləndirməyi planlaşdırır.


Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020