Əsas səhifəGündəm“Benzinin bahalaşması vətəndaşlara və biznesə ziyandır” - ŞƏRH
PAYLAŞ

“Benzinin bahalaşması vətəndaşlara və biznesə ziyandır” - ŞƏRH

Gündəm 04 İyun 2021 20:25 1271
Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti qalxaraq 1.40 manat olub. Məlumatlı mənbələrdən bildirilib ki, qiymət dəyişikliyinə səbəb beynəlxalq birjalarda neftin qiymətinin artmasıdır. Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunmadığı, xaricdən idxal edildiyi üçün qiymət artımı labüd olub.

Qeyd edək ki, buna qədər sözügedən marka benzinin qiyməti 1.25 manat idi.

Adətən ölkədə qiymət artımı müxtəlif sahələrə təsir göstərir. Bəs, Aİ 95 markalı benzin bahalaşmasının hansı sahələrə təsirləri ola bilər?

Sualımızı cavablandıran iqtisadçı-alim Nazim Bəydəmirli “Sherg.az”a bildirib ki, istənilən qiymət artımı vətəndaşlara və biznesə ziyandır:

 

“Təəssüf ki, Azərbaycanda yanacağın bahalaşmasını neftin dünya bazarındakı qiymətinə uyğunlaşdırmağa çalışırlar. Aİ 95 və Aİ 98 markalı benzin ölkəmizdə istehsal edilmir. Bu da Azərbaycan hökumətinin, xüsusilə SOCAR idarəetməsinin nəticəsidir. SOCAR illər boyu neftayırma zavodunu rekonstuksiya etməyib və bu məhsulları xaricdən almağa məhkumuq. Dünya bazarında xam neftin qiyməti artığı üçün ölkəmizə idxal olunan məhsullar da bahalaşır. Bu məhsulları bir neçə şirkət, həmçinin SOCAR və “Azpetrol” idxal edir. Lakin daxildə qiymət artımı baş verdikdə xaricdən idxal olunan məhsullarıdakı bahalaşma daxili monopoliyanı qorumaq məqsədi daşıyır. Yəni qiymət artımı təbii inhisarçılar olaraq iri vergi ödəyicilərinin apardığı taarif siyasəti ilə bağlıdır.

 

Normal idarəçilik olmadığı üçün SOCAR bütün dünyada törəmə şirkətlər, istehsal sahələri açır, Türkiyədə neft-kimya sahəsinə 10 milyard dollarla vəsait yatırır. Ancaq Azərbaycanda 10 illərdir ki, bu işləri görməyib. Son illər Bakıda mövcud olan köhnə neft emalı zavodları var. Onlardan birinin rekonstuksiya edilməsi barədə qərar qəbul edilib”.

 

İqtisadçı təəssüflə vurğulayıb ki, neft ölkəsi olsaq da, bizdə yanacaq bahadır:

 

“Ümumiyyətlə, Azərbaycanda qiymət artımı əsasən iki faktordan asılıdır: Birincisi, hökumətin apardığı fiskal siyasət, yəni Gömrük Komitəsi olaraq bəyannamə qiymətini şişirdilməsi və süni qiymət artımı. İkincisi, təbii inhisarçı  olaraq ölkə daxilində olan taariflərin artması.

Məlumdur ki, ilin əvvəlində dizel yanacağı və Aİ 92 markalı benzinin qiyməti bahalaşmışdı. Bu da ölkədə zəncirvari qiymət artımına gətirib çıxardı. Ai 95 və ya Aİ98 markalı benzinin bahalaşması da vətəndaşlara və biznes sahibkarlığına mənfi təsir göstərəcək. İnsanlar avtomatik olaraq daha aşağı oktanlı benzindən istifadə etməyə məcbur olacaqlar. Bu da ekoloji fəsadlara şərait yaradır. Çıxış yolu üçün iqtisadi mühit sabitləşməli, rəqabət mühiti olmalı, SOKAR və digər vergi ödəyicilərinin üzərində yaradılmış müşahidə şuraları şəffaf işləməlidir. Media və QHT sektoru da bu müşahidələrdə azad iştirak etməlidir. Hökumətin trolluğunu yox, cəmiyyətin inkişafını düşünən təkliflər səsləndirəcəklər”.


Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020