"Hamı ərzaq qiymətlərinin sürətlə artmasından doğru olaraq şikayətçidir. Amma tək ərzağın qiyməti bahalaşmır, avtomobil ehtiyat hissələrinin qiyməti də həftədən-həftəyə kəskin bahalaşır”.
" Avtoyol.az " xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb. Natiq Cəfərli bu gün maşını düzəltdirdiyini və 1 ay əvvəl 15 manat olan maşın ehtiyatlarından birinin indi 25 manat olduğunu bildirib: "Ehtiyat hissələri satan sahibkardan səbəbini soruşdum. Adam az qaldı ağlasın. Gömrük Komitəsini yada saldı. Qiymət artımının, əsasən, onlardan qaynaqlandığını söylədi, yenə rəsmi qaimə qiymətlərini qəbul etmədiklərini, özlərindən yüksək qiymət qoyub hesablama apardıqlarından danışdı” - deyə Natiq Cəfərli əlavə edib.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər