Əsas səhifəMaraqlıYanacağa necə qənaət etmək olar?
PAYLAŞ

Yanacağa necə qənaət etmək olar?

Maraqlı 06 İyun 2021 02:56 1076


Yanacaq qiymətlərinin artması ilə bərabər bir çox sürücü ona necə qənaət edə biləcəyini bilmək istəyir. Bəs yanacağa qənaət etmək üçün nələri etməliyik? Bu haqda bilməli olduğunuz hər şeyi sizin üçün bir ünvanda topladıq.

Texniki baxımları vaxtında edin.

Yanacağa qənaət edə bilmək üçün ən vacib ünsur avtomobilin texniki vəziyyətinin saz olmasıdır. Motor yağını, hava filterini, şamları (sveça), yanacaq filterini vaxtı-vaxtında dəyişmək qənaət etmək üçün başlanğıcdır. Avtomobilinizin ömrünün uzanması üçün də bunlar vacibdir. Avtomobili çox tozlu ərazilərdə istifadə edirsinizsə hava filterini daha tez dəyişməyiniz məsləhətdir.



Motoru isitmək üçün çox gözləməyin.

Motoru işə saldıqdan sonra yerində 30 saniyə işlədin və yavaş-yavaş hərəkətə keçin. Qışda hərəkət etmədən öncə motorun isinməsi üçün 1-2 dəqiqə yerində işləməsi kifayətdir. Yerində isitmək yerinə aşağı dövrdə sürərək yolda isitmək daha sərfəlidir. Transmissiya yağı motor yağından gec qızır deyə əlavə 2 dəqiqə də gözləmək olar. Çünki motorun yerində 1 saat işləməsi nəticəsində ən az 1 L yanacaq istifadə edir. Motoru işə saldıqdan sonra dövr çubuğunun aşağı düşməsi kifayətdir. Sonra hərəkətə başlayırsınız. Bu müddət ərzində motordakı yağ sirkulyasiya olunur. Hərəkətə başladıqdan sonra yuxarı pillədə aşağı sürətdə sürdükcə motor daha tez isinər və heç bir zərər görməz. Təsəvvür edin ki, 3 dəqiqə yerində isitdiyiniz benzinlə 1 km məsafəni rahat qət edə bilərsiniz. Almaniyada yerində qızdırmaq cərimədir. Həm ekologiyaya zərər verir, həm də boş yerə yanacaq gedir. Sürə-sürə isitmək deyəndə "tam qaz hərəkət etmək olar" kimi başa düşməyin. Sürə-sürə isitmək motor dövrünü 2.000-dən yuxarı qaldırmadan həyata keçirilir.



Ani sürətlənmələr etməyin.

Avtomobillərin çox yanacaq yandırmasının ən başlıca səbəbi tez-tez dayan-tərpən etməkdir. Yəni maşını sıfır sürətə qədər saxlayıb yenidən sürətə gətirmək yanacağa mənfi təsir edir. Bu hal daha çox şəhər içində yaşanır. Tam qaza basdığınız zaman motora bir anda yüksək həcmdə yanacaq getdiyi üçün sərfiyyat artır. Sürətinizi yavaş-yavaş artırın. Pedala az basmaq belə bəzi hallarda normaldan artıq yanacaq sərfiyyatına gətirib çıxarır. Aşağı pillədə (skorusda) yuxarı dövrdə sürsəniz yanacaq çox yandıracaq. Ekonomik sürüş üçün 2.000 dövrdə getmək məqsədə uyğundur.



Təkərlərin havasını qaydasında saxlayın.

Təkərlərin havası mütləq istehsalçının tövsiyə etdiyi dəyərdə olmalıdır. Bu dəyər yanacaq qapağının içində və ya sürücü qapısının gövdə hissəsində yazılır. İstehsalçı hansı ölçüdə təkər qeyd edibsə həmin ölçüdən çıxmayın. Çünki böyük disklər və enli təkərlər də yanacağa mənfi təsir edir, "xadavoy"-u tez sıradan çıxardır. Təkərlərin havası soyuq halda ölçülməlidir.



Pilləni (skorusu) neytrala atmayın.

Yoxuş aşağı düşəndə bir çox sürücü yanacağa qənaət etmək üçün pilləni neytrala (xalastoya) atır. Bu düzgün hərəkət deyil. Yeni nəsil avtomobillərdə kompressor sistemi getdiyiniz yerdə ayağınızı qazdan götürdüyünüz zaman işə düşür və yanacaq nasosu yanacaq çəkməyi kəsir, beləliklə qənaət edir. Avtomat ya da Mexanika fərq etmədən yoxuş aşağı düşdükdə neytrala atmayın. Çünki əyləc sistemi motorla əlaqəli olduğu üçün neytrala verdiyiniz zaman bu təzyiq aşağı düşəcək və 1-2 dəfə əyləcə basdıqdan sonra tutmamağa başlayacaq, motor yanacaq işlətməyə davam edəcək. Amma pillədə saxlasanız və qaza basmasanız maşının yanacaq sərfiyyatı sıfıra düşəcək (bort kompyuteri olanlar bilər). Həm nakladkanız, həm də yanacağınız özünüzə qalır. Yəni üzü aşağı neytralda düşmək sizə heç vaxt benzin qazandırmaz.



Düzgün Pillədə irəliləyin.

Hər motorun maksimum dövr sayı və ən ekonomik işlədiyi dövr aralığı vardır. Bu dövr motordan motora dəyişdiyi üçün texniki kitabçanıza baxa bilərsiniz. Ancaq çox vaxt 2000-4500 aralığında pillə dəyişmək yanacaq sərfiyyatını ciddi dərəcədə azaldır. Kitabçada göstərilən yanacaq sərfiyyatını yandırmağı gözləməyin. Çünki bu göstəricilər 90 km/s sürətində, küləksiz ərazidə həyata keçirilir. Ani sürətlənmədə olduğu kimi ani tormozlanmada da yanacaq çox gedir. Yavaşlamaq istədiyinizdə, misal üçün qırmızı işığa yaxınlaşırsınızsa anidən əyləcə basmaq yerinə ayağınızı qazdan çəkib transmissiyanı 1 pillə kiçildərək avtomobili motorun kompressoru ilə yavaşladıb yüngülcə tormozlamaqda 20% az benzin işlədə bilərsiniz. Şəhər içində ən ekonomik sürüş düz yolda gedərkən sürəti 65 km/s edib 5-ci pillədə irəliləməkdir.



Avtomobilin damına quraşdırılan "baqaj" da yanacağa qənaət edir. Çünki yükü avtomobilin öz baqajına yığdıqda ağırlıq mərkəzinə mənfi təsir edir. Ancaq bu baqaja yükü yığdığınız zaman ağırlıq mərkəzi bərabər paylanır.



Sürətli gedərkən şüşələri bağlayın.

Açıq şüşələr 100 km/s sürətdə 4% əlavə yanacaq yandırır. Sürəti 110-a qaldırdığınızda bu rəqəm 10% olur. Çünki salona dolan hava avtomobildə paraşüt təsiri yaratdığı üçün motor həmin sürəti stabil saxlasın deyə əlavə yanacaq çəkməyə məcbur qalır. Kondisioner isə əlavə 15% yanacaq işlədir. Quraşdırılan əlavə elektronik avadanlıqların daim istifadəsi də yanacağa təsir edir. Misal üçün güclü səs sistemi quraşdırmısınızsa istifadə zamanı dinamo gücə düşdüyü üçün paralel şəkildə motoru da gücə salır və 5% əlavə yanacaq tələb edir.

Qəribə də olsa avtomobilə benzinin tökülmə saatının da önəmi çoxdur. Yəni daha çox yanacaq əldə etmək istəyirsinizsə yanacağı havanın soyuq vaxtlarında, yayda isə axşam sərinində tökdürün. Bu zaman daha ağır benzin alırsınız və daha çox km əldə edərsiniz.

Avtomobili saxladığınız yerdə çox dayanacaqsınızsa motoru söndürün. Hesablamalara görə 1:40 dəqiqədən sonra mühərriki yenidən işə salacaqsınızsa mühərriki söndürmək qənaət etmək sayılmır. Çünki hər dəfə mühərriki işə salıb söndürmək starterin ömrünü qısaldır, yəni vaxtından əvvəl sıradan çıxmasına səbəb olur.


Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020