"Tesla" avtomobil şirkəti "Model S Plaid Plus" modelinin istehsalından imtina edib.
"Avtoyol.az"ın məlumatına görə, bu barədə "Tesla"nın rəhbəri İlon Mask öz "Twitter" səhifəsində bildirib.
Onun sözlərinə görə, yeni modelin buraxılması üçün zərurət yoxdur.
Belə ki, şirkət iyunun 3-dən başlayaraq Kaliforniyada "Model S Plaid" istehsalına başlayıb. Bu model ən sürətli elektromobil hesab olunur.
Ən bahalı elektromobil kimi nəzərdə tutulan "Model S Plaid Plus" modelinin istehsalının 2022-ci ildə başlaması planlaşdırılırdı.
Rəylər