Əsas səhifəNəqliyyatAZANS yüksək beynəlxalq tələblərə sadiq olduğunu bir daha təsdiqlədi
PAYLAŞ

AZANS yüksək beynəlxalq tələblərə sadiq olduğunu bir daha təsdiqlədi

Nəqliyyat 08 İyun 2021 12:00 1691

8 iyun 2021-ci il, Bakı – "Azərbaycan Hava Yolları" QSC-nin tərkibinə daxil olan "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) bütün beynəlxalq aviasiya təşkilatlarının tələblərinə yüksək səviyyədə cavab verdiyini uğurla təsdiq edib.

AZANS ISO 9001: 2008 (keyfiyyətin idarə edilməsi sistemi) beynəlxalq standartına uyğunluğunu təsdiqləyərək yenidən sertifikatlaşdırma üzrə auditdən keçib.

ICAO tələblərinə uyğun olaraq həyata keçirilən audit  sınaq, təftiş və sertifikatlaşdırma sahəsində beynəlxalq səviyyədə tanınmış və müstəqil ekspert - Almaniyanın "DQS" şirkəti tərəfindən aparılmışdır. Həmin audit şirkəti Avropada aviaşirkətlərə xidmət göstərilməsi üzrə liderlərdən biri hesab edilən  Almaniyanın "DFS"  aeronaviqasiya təchizatçısının sertifikatlaşdırma orqanıdır.

Audit AZANS HHİ-də keyfiyyətin idarə edilməsi sisteminin işini, əvvəlki yenidən sertifikatlaşdırma dövründə olduğu kimi,  bir daha yüksək qiymətləndirmişdir.

Qeyd etməliyik ki, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün əsas imkanlardan biri IATA ilə birlikdə Azərbaycanın hava məkanında üç səviyyəli uçuşların təhlükəsizliyini idarəetmə sisteminin tətbiqi olmuşdur.

COVID-19 pandemiyası səbəbindən  aviasiya sənayesində baş verən  böhrana baxmayaraq, "Azəraeronaviqasiya" HHİ mülki aviasiya uçuşlarının təhlükəsizliyini lazımi səviyyədə təmin etmək üçün böyük səylər göstərmişdir. AZANS, həmçinin Azərbaycanın hava məkanının istifadəçiləri üçün aeronaviqasiya xidmətlərinin keyfiyyətini təkmilləşdirməyə davam etmişdir.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti


MƏNBƏ: azal.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020