Yasamalda 11 yaşlı uşağı avtomobil vurub, vəziyyəti ağırdır
Qəza
09 İyun 2021 10:05
1578
Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.
"Avtoyol.az"ın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Yolu keçən 2010-cu il təvəllüdlü Mirzəyev Əbəlfəz Tərlan oğlunu avtomobil vurub.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.
11 yaşlı uşağın vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.
Rəylər