Əsas səhifəMaraqlıAvtomobilinizi yayda hansı təhlükələr gözləyir
PAYLAŞ

Avtomobilinizi yayda hansı təhlükələr gözləyir

Maraqlı 09 İyun 2021 15:52 957
Qar və buzun avtomobil üçün böyük problem olduğunu düşünürsünüzsə, deməli yanılırsız. Əslində avtomobilin gövdəsi üçün yayda daha çox problemlər ortaya çıxır.

"Avtoyol.az" bildirir ki, isti aylarda elə ən birinci problemlərdən biri asfalt yeniləmədir. İstidə yola yeni tökülmüş bitonun üzərinə çıxsaz onu maşından təmizləmək çox çətin olur.

Bundan əlavə, yazda və yazda ağacların ixrac etdiyi yapışqan qatranı avtomobilin gövdəsindən su ilə təmizləmək demək olar ki, qeyri mümkündür. Əsasən də kavak, cökə, ağcaqayın qönçələrindən gələn izlər güclü bir dağıdıcı təsirə malikdir. Buna görə onlardan ən qısa müddətdə qurtulmaq lazımdır. 
Avtomobil boyası üçün ciddi təhlükələrdən biri də quş nəcisidir. Quş nəcisinin kimyəvi tərkibi o qədər aqressivdir ki, boyanı məhv edə bilir və bu problem aradan qaldırılsa da, avtomobildə gözə çarpan ləkələr qalmağa davam edir.
Quşlardan əlavə həşəratların da: arıların, böcəklərin və maşının üzərində ölən milçəklərin üzvi turşuları lakın içinə möhkəm yeyilir - xüsusən də günəş altında.
Bu sadalanan ləkələrdən heç birinin sürücülər tərəfindən təmizlənməsi məsləhət görülmür. Bəzi insanlar benzin, aseton, ammonyak və digər vasitələrlə bu ləkələri təmizləməyə çalışırlar, lakin xatırladaq ki, bu vasitələrin boyaya zərər vermək riski böyükdür. 

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020