Turist avtobusu qəzaya uğradı, 7 nəfər ölüb
Xarici
10 İyun 2021 00:19
1940
Meksikanın Tixuan şəhərinin Kaliforniya əyalətində turistləri daşıyan avtobus qəzaya uğrayıb.
"Avtoyol.az" yerli “Milenio” telekanalına istinadən xəbər verir ki, avtobusun aşması nəticəsində 7 nəfər ölüb, 6 nəfər yaralanıb.
Avtobusda 50-dən çox insanın olduğu bildirilir.
İndiyə qədər ölənlərin kimliyi müəyyənləşdirilməyib, lakin onların qəza baş verdiyi rayonun ərazisindəki barın işçiləri olduğu deyilir.
Rəylər