Bakıda gənc qızı avtomobil vurdu
Qəza
10 İyun 2021 09:29
1186
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Avtoyol.az" xəbər verir ki , hadisə Nizami rayonunda qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü Orucova Gülnar Ayaz qızı yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Rəylər