Əsas səhifəMaraqlıAzərbaycan əhalisi avtomobil yanacağına mayda 231 mln. manat xərcləyib
PAYLAŞ

Azərbaycan əhalisi avtomobil yanacağına mayda 231 mln. manat xərcləyib

Maraqlı 10 İyun 2021 16:29 1293

Bu ilin yanvar-may aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından (avtomobil benzini və dizel) əldə etdiyi gəlir 967,2 mln. manat təşkil edib.

Avtosfer.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 2,2% artıb. Təkcə may ayında istehlakçılar yanacağa 231,1 mln. manat xərcləyiblər ki, bu da aprel ayı ilə müqayisədə 4,1% çoxdur.Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 6,4%-i avtomobil yanacağının alınmasına sərf olunub ki, bu da aylıq müqayisədə 0,3 faiz bəndi çoxdur.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlir 2,041 mlrd. manat təşkil edib, bu da illik müqayisədə 12,5% azdır.

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020