Əsas səhifəİqtisadiAzərbaycanda ilk dəfə olaraq iki növ zibilyığan avtomobil istehsalına başlandı (FOTO)
PAYLAŞ

Azərbaycanda ilk dəfə olaraq iki növ zibilyığan avtomobil istehsalına başlandı (FOTO)

İqtisadi 11 İyun 2021 13:24 2274


Azərbaycanda ilk dəfə olaraq iki növ zibilyığan avtomobil istehsalına başlanıb.

Bu barədə Trend-ə açıqlamasında istehsalçı şirkətin servis üzrə baş meneceri Kənan Məmmədov deyib.

O bildirib ki, artıq hər iki avtomobilin istehsalı tam başa çatıb və istifadəyə hazırdır: "Hər iki avtomobil sınaqdan keçirilib. Zibil avtomobillərindən biri JAC markalı Çin istehsalı olan avtomobildə quraşdırılaraq 4 ton, MAN markalı avtomobil isə 12,7 ton yük götürə bilir. 12.7 ton yükgötürmə qabiliyyəti olan avtomobil yalnız bir növ zibil üçün, digəri isə qarışıq tullantılar üçün nəzərdə tutulub. Avtomobil tam olaraq keyfiyyətli ehtiyat hissələri ilə təchiz edilib. Hər iki avtomobildə alman texnologiyası tətbiq edilib".

K.Məmmədov bildirib ki, avtomobillər istismara hazır olsa da, hələlik kütləvi satışa çıxarılmayıb: "Hər iki avtomobil üçün sifarişlər qəbul edirik. Əgər sifarişlər olarsa, avtomobillərin kütləvi istehsalına başlanılacaq".


Oxşar Xəbərlər

Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti
18 İyun 2021 14:46 1857

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020