Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 61 yeni yoluxma faktı qeydə alınıb, 204 nəfər müalicə olunaraq sağalıb.
"Avtoyol.az" xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 335 126 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 398 nəfər müalicə olunaraq sağalıb, 4 953 nəfər vəfat edib, aktiv xəstə sayı 1 775 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 746, ötən müddət ərzində isə ümumilikdə 3 615 110 test aparılıb.
Rəylər