Qəza zamanı Avtomobillər nə üçün əzilir?
Maraqlı
13 İyun 2021 16:30
1174
Səbəbi çox sadədir. Gələn zərbənin şokunu udsun deyə avtomobilin banı yay kimi əyilirki siz 100% yox 40% qüvvətində zərbə alasınız və həyatda qalma şansınız daha çox olsun. Yoxsa avtomobil şirkətləri divara dəyən zaman daha az əzilən gövdə istehsal etməyi bacarırlar. Ancaq gövdənin sağlam qalması canınızın sağlam qalmasından artıq deyil. Söhbət bütün gövdənin əzilməsindən yox, ön şüşəyə və ya ön qapıya qədər olan hissənin deformasiya olunmasından gedirdi. Buna görə də şəkildəki kimi gücləndirilmiş boru qoruyucusunu hər avtomobilə quraşdırmağa icazə vermirlər. Çünki özündə deformasiyaya imkan vermir və qarşı tərəfə 2 qat zərbə vuraraq ölüm halını daha da artırır.
Rəylər