Əsas səhifəMaraqlıBu avtomobildən cəmi 64 ədəd buraxılacaq - FOTO - VİDEO
PAYLAŞ

Bu avtomobildən cəmi 64 ədəd buraxılacaq - FOTO - VİDEO

Maraqlı 14 İyun 2021 12:29 1431
Kemptendə yerləşən ABT Sportsline şirkəti Audi RS6 Avant Johann Abt Signature Edition universalını təqdim edib. “Ekstremal” universal şirkətin icraçı direktoru Hans-Yurgen Abtın ulu babası İohannın adını daşıyır. 64 nüsxəlik məhdud saylı tirajla buraxılacaq universal 800 at qüvvəli səkkizsilindrli mühərriki və salonda quraşdırılmış unikal detalı - 1896-cı ilin orijinal Abt zidanının bir parçasını alacaqdır.

Ekstremal Audi RS6 Avant Johann Abt Signature Edition modeli qırmızı saplı karbonplastikdən hazırlanmış aerodinamik kuzov dəsti və xüsusi olaraq bu avtomobil üçün yaradılmış R22 döymə təkər diskləri ilə təchiz edilib. Bu disklərin hər biri standart analoqundan 3,5 kiloqram daha yüngüldür.

Yeni elementlər aerodinamik tüneldə tənzimlənib və bu səbəbdən də, hava axını soyutma sisteminin radiatorlarına və əyləclərə daha səmərəli şəkildə yönəldilir. Üstəlik, yeni aerodinamik dayaq arxa oxu əlavə 150 kiloqramlıq yerəbasma gücü ilə təmin edir.

İnteryerin əsas elementi mərkəzi konsolda yerləşir. Bu, transmissiyanın selektorunun sağ tərəfindəki “gözün” daxilində yerləşdirilmiş Abtların ailə mirasıdır - İohann Abtın köhnə zindanının bir parçası. Onun tərəfindən 19-cu əsrdə yaradılmış dəmirçixananın ümumiyyətlə, hazırda dünyada tanınan tüninq atelyesinin müjdəçisi olduğu hesab edilir.

Bir qədər aşağıda, qol dayağında, Hans-Yurgenin ulu babasının “n” hərfi şəklində olan orijinal imzası həkk edilib. Interyer tərtibatında dəri və süni zamşadan istifadə olunur, qapı kandarları isə “Since 1896” yazısı ilə bəzədilib.

Texnika da diqqətdən kənar qalmayıb - lakin təkmilləşdirmələrin siyahısı ABT üçün standartdır. RS6 Avant modelinə atelyenin öz turbokompressorlarını və interkulerlərini, həmçinin ABT Engine Control idarəetmə blokunu və əlavə yağ soyutma sistemini quraşdırıblar.

Gücləndirmə baxımından Johann Abt Signature Edition, keçən ilki RS6-R modelini də üstələyir: 740 at qüvvəsi və 920 Nm-ə qarşı 800 at qüvvəsi və 940 Nm (pik həddi - 1000 Nm). Əlbəttə ki, 600 at qüvvəsi və 800 Nm fırlanma anına malik olan variantdan danışmağına belə dəyməz.

Audi RS6 Avant Johann Abt Signature Edition yerindən 100 km/saat həddinə 2,91 saniyəyə sürətlənir. Maksimal sürət - 330 km/saatdır. Xatırladaq ki, zavod versiyasında bu göstəricilər 3.6 saniyəyə, 250 və ya 305 km/saat təşkil edir.

Eyni zamanda, atelye ekstremal universal tərəfindən 200 km/saata sürətlənmənin 9,79 saniyəyə, 300 km/saata isə 28,35 saniyəyə həyata keçirildiyini bildirir. Sonuncu göstərici standart Audi RS 6 Avant modelində olduğundan 20 saniyə daha yaxşıdır.

ABT Sportsline atelyesi RS6 Johann Abt Signature Edition modelini 64 nüsxədə buraxıb ki, bu da İohann Abtın yaşadığı illərin sayına işarə edir. Hər ay əllə altı avtomobil yığılacaqdır.


Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020