Əsas səhifəİqtisadiAzərbaycan avtomobil istehsalını 3 % azaldıb
PAYLAŞ

Azərbaycan avtomobil istehsalını 3 % azaldıb

İqtisadi 15 İyun 2021 12:37 1489
Bu ilin yanvar-may aylarında Azərbaycanda 107,3 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.

Bu barədə "Avtoyol.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 98,5 % artıb.

Yanvar-may aylarında 653 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 ədəd və yaxud 2,8 % az minik avtomobili istehsal olunub. Bu il iyunun 1-nə ölkədə 142 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin 5 ayı ərzində Azərbaycanda 239 ədəd traktor istehsal edilib ki, bu da 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə 2,3 dəfə çoxdur. Nəticədə, bu il iyunun 1-nə ölkədə 70 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Oxşar Xəbərlər

Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti
18 İyun 2021 14:46 1842

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020