Əsas səhifəMaraqlıAvtomobilə Vinil çəkdirmək Qadağandır?
PAYLAŞ

Avtomobilə Vinil çəkdirmək Qadağandır?

Maraqlı 16 İyun 2021 23:07 1259


Son dövrdə avtomobillərin üzərinə vinil vurulması xeyli dəb halını alıb. Avtomobil sahibləri "4 çarxlı dostlarına" yeni rəng və dizayn vermək üçün bu xidmətdən istifadə edir. Bəs görəsən avtomobilin üzərinə vinil vurmaq üçün hansı prosedurdan keçmək lazımdır?

Bakı Şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib: Onun sözlərinə görə, avtomobilinə vinil vurdurmaq istəyən sürücü qeydiyyat imtahan şöbəsinə müraciət etməlidir:
"Hansı formada vinilin vurulması razılaşdırıldıqdan sonra texpasportda (qeydiyyat şəhadətnaməsi) qeydiyyat aparılır. Avtomobilin qeydiyyatda olduğu qeydiyyat imtahan məntəqəsi üzrə prosedur həyata keçirilir. Bu sadə üsulla məsələni həll etmək olur".
Ərşad Hüseynov isə bildirir ki, avtomobilə vinil vurub rəngi dəyişdikdən sonra nəqliyyat vasitəsini sürmək olmaz: "Sürücü DYP-nin Dövlət qeydiyyat imtahan texniki baxış şöbəsinə getməlidir. Avtomobilin rəngi dəyişdirdikdən sonra nəqliyyat vasitəsini texniki baxışdan keçirmək üçün 20 manat, qeydiyyat şəhadətnaməsinin dəyişdirilməsi üçün isə 17 manat dövlət rüsumu ödəməlidir. Bu qaydalara əməl etməyən sürücüləri isə cərimə gözləyir".

Ekspert qeyd edir ki, qanunla vinilin istifadə olunmasının qadağan edilmədiyini bildirir. Onun sözlərinə vinildən istifadə sürücülər üçün heç də sərfəli deyil: "Belə ki, vinil özü tez sıradan çıxdığı üçün sürücü əlavə xərcə düşür. Bundan başqa, vinil adətən "mat" rəngdə olduğu üçün qarşıdan gələn avtomobilin sürücüsü gecə sizin nəqliyyat vasitənizi görməkdə çətinləşir". "Vinil vurulması heç bir halda qadağan edilə bilməz. Bu qadağa müəyyən olunmuş qanun, standartla əsaslandırılmalıdır. Vinil avtomobilin rəngini dəyişmək üçün istifadə edilən bir materialdır. Sürücü seçimini özü edir. Bu seçimə görə isə o, pul ödəyir və qanunla əsaslandıra bilmirsə, mütləq qeydiyyata alınır".


Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020