+994507882020
info@avtoyol.az
Əsas səhifəAvtomobil YollarıQaxda 17 yaşlı məzun qəza törətdi, ölən və yaralananlar var - VİDEO
PAYLAŞ

Qaxda 17 yaşlı məzun qəza törətdi, ölən və yaralananlar var - VİDEO

Avtomobil Yolları 17 İyun 2021 07:23 389
17 yaşlı məzunun idarə etdiyi minik avtomobili mikroavtobusla toqquşub. Nəticədə yeniyetmə sürücü dünyasını dəyişib, 7 nəfər isə xəsarət alıb. Şirvanda baş verən qəza da ölümlə nəticələnib.

Qax rayonunda orta məktəbdən bu il məzun olan 17 yaşlı gənc avtoqəza törədib. Nəticədə özü dünyasını dəyişib, 7 nəfər isə xəsarət alıb...

Hadisə axşam saatlarında Qorağan-Qax-Zaqatala avtomobil yolunun, Qaxın Ləkit kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Məlumata görə, 17 yaşlı Cəfər Cəfərov daha 3 məzun yoldaşı ilə avtomobildə Ləkit kəndi istiqamətində hərəkətdə olub. Bu zaman onun idarə etdiyi avtomobil mikroavtobusla toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü və daha 7 nəfər yaralanıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Cəfər Cəfərov aldığı ağır bədən xəsarətlərindən xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Bu gün səhər saatlarında Şirvanda baş vermiş yol nəqliyyat hadisəsi zamanı da bir nəfər dünyasını dəyişib.. Yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan sürücü, 28 yaşlı Tural Əsgərov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə Kür çayı üzərindən keçən körpünün üzərində baş verib. İdarəetməni itirən sürücü avtomobili korpünün dəmir səddinə çırparaq qəza törədib. İlkin məlumatlara görə, hadisəyə səbəb sürücünün sükan arxasında yuxulaması olub. Faktla bağlı araşdırma aparılır.


Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020
E-poçt: info@avtoyol.az