Suzuki Jimny modelinin kuzovu parlaq qara boya ilə örtülmüş, ön hissəsi isə nəzərəçarpacaq şəkildə dəyişdirilmişdir: ofrouder fərqli işıq texnikasına, şaquli çubuqları və atelyenin emblemi olan qara rəngli radiator barmaqlığına, həmçinin LED gündüz hərəkət işıqları olan ön bamperə sahib olub. Kapotda iri hava girişi peyda olub.
Bundan əlavə, üçqapılı Jimny yeni qara təkər disklərini, yan şüşələrin üzərindəki günəşlikləri və damda quraşdırılan böyük spoyleri əldə edib. Salonda da dəyişikliklər olub: tünerlər bütün oturacaqların üzlüklərini ağ tikişi və Liberty Walk loqotipləri olan əsl qara dəri ilə əvəzləyiblər.
Suzuki Jimny modelini ilk dəfə deyil ki, G-Class modelinə bənzədirlər. Əvvəllər bənzər tüninq layihələrini Fast Car Service Center, DAMD, Wald International və adı çəkilən Liberty Walk tərəfindən ictimayyətə təqdim olunub. (c)Autograph.az /autograph
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər