Paytaxtda avtomobil 10 yaşlı velosipedçini vurub
Qəza
18 İyun 2021 09:09
2311
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Avtoyol.az"ın məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Velosipedlə yolu keçən 2011-ci il təvəllüdlü Cəfərli Vaqif İmran oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.
Rəylər