2019-cu ildə Brabus atelyesi əsl eksklüzivi nümayiş etdirmişdi - bu, hazırkı G-Class ofrouderinin bazasında inşa edilmiş, lakin kapotunun altında 6,3-litrlik V12 mühərriki olan G V12 900 One of Ten ofrouderi idi. Bu canavarın mühərriki 900 at qüvvəsi və 1200 Nm fırlanma anı hasil edərək, ofrouderi 100 km/saat həddinə 3,8 saniyəyə sürətləndirirdi.
Bu günlərdə alman atelyesi Brabus 900 Rocket Edition adlı yeni ekstremal versiyanı nümayiş etdirib. Bu dəfə əsaslı şəkildə təkmilləşdirilmiş ofrouder səkkizsilindrli biturbomühərrik ilə təchiz olunub. Üstəlik, mühərrikin səsinə elektron idarəolunan klapanları, karbon ucluqları, işıqlandırması və iki iş rejimi (Sport və Coming Home) olan paslanmayan poladdan hazırlanmış buraxılış sistemi cavabdehdir:
Brabus mühəndisləri G63 modelinin 4,0-litrlik mühərrikinin həcmini 4,5 litrə qədər artırıblar, sürgü qolu, porşenləri dəyişdiriblər və dirsəkli valı yenidən yonaraq tarazlaşdırıblar. Ofrouder yeni turbokompressorlara, iki yanacaq nasosuna, daunpaypa və idarəetmə blokunun xüsusi proqram təminatına sahib olub.
Bütün manipulyasiyalardan sonra, mühərriki hasilatı 900 at qüvvəsi və 1250 Nm fırlanma anı təşkil edir. Bu güc təkərlərə doqquz pilləli avtomatik transmissiya və tam ötürmə sistemi vasitəsilə ötürülür. Sıfırdan 100 km/saata qədər Brabus 900 Rocket Edition 3,7 saniyəyə sürətlənir. “Roketin” maksimal sürəti 280 km/saatdır.
“Off-road superkarının” xarici atributları əvvəlki kimidir. Bu atributlar karbon lifindən hazırlanmış kapot, inersion üfürmənin inteqrasiya edilmiş hava girişinə malik olan radiator barmaqlığı, kompozitdən ön və arxa spoyler, xüsusi diffuzor, çoxsaylı karbon elemetlər və əlbəttə ki, təkər disklərindən ibarətdir.
Brabus 900 Rocket Edition modeli aerodinamik örtüklərlə tamamlanmış, habelə Continental, Pirelli və ya Yokohama şnləri taxılmış 24-düymlük Monoblok “Platinum Edition” Z diskləri ilə təchiz olunur. Seçim üçün iki kuzov rəngi var: Signature Black və Stealth Grey.
Brabus 900 Rocket Edition ofrouderinin salonu parktiki olaraq, tamamilə seçilən tikişi və haşiyələri olan zərif dəri ilə üzlənib. İnteryerdəki 216 elementin hamısı - havalandırma deflektorlarından tutmuş sükan tərtibatına qədər - nümayiş avtomobilində Rocket Red çalarına rənglənib.
Arxada iki ayrı oturacaq var. Hər iki oturacaq da qızdırılır və havalandırılır, həm də yaddaş paketinə malikdirlər. Lakin, istək üzərinə üçnəfərlik divanı da saxlamaq olar.
Brabus 900 Rocket Edition ofrouderi 25 nüsxəlik tirajla buraxılacaqdır. Hər bir ofrouder 571,270 avroya (1.155.570 manat) başa gələcəkdir.
Rəylər