Əsas səhifəQəzaOğuzda minik avtomobili aşıb, xəsarət alan var
PAYLAŞ

Oğuzda minik avtomobili aşıb, xəsarət alan var

Qəza 18 İyun 2021 16:03 2364

Oğuzda yol-nəqliyyat hadisəsi baş verib.

"Avtoyol.az" xəbər verir ki, hadisə bu gün saat 12:15 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonundan keçən hissəsində qeydə alınıb. 1974-cü il təvəllüdlü Şəki sakini Muradov İlqar Oktay oğlu “Opel Astra” markalı, 55 BN 253 dövlət qeydiyyat nişanlı avtomobillə Şəki istiqamətində hərəkətdə olarkən, avtomobilin idarəetməsini itirib. Avtomobil yolun kənarına çıxaraq aşıb. Nəticədə onun sərnişini, 1988-ci il təvəllüdlü Şəki sakini Tanrıverdiyev Anar Telman oğlu xəsarət alıb. Xəsarət alan şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020