Əsas səhifəNəqliyyatBakı Nəqliyyat Agentliyinin də üzv olduğu İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyasının Ümumi Yığıncağı keçirilib
PAYLAŞ

Bakı Nəqliyyat Agentliyinin də üzv olduğu İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyasının Ümumi Yığıncağı keçirilib

Nəqliyyat 21 İyun 2021 15:28 2424

Bakı Nəqliyyat Agentliyinin də üzv olduğu İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyasının  Ümumi Yığıncağı keçirilib.

100 ölkədən 200-dən artıq şəhər nəqliyyatına məsul qurumu özündə birləşdirən təşkilatın toplantısı onlayn formatda baş tutub. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli toplantıda iştirak edib. 
   
Görüşdə təşkilatın ötən il ərzində fəaliyyəti nəzərdən keçirilib və büdcə-audit hesabatları dinlənilib. Assosiasiyanın Nizamnaməsində Ümumi Yığıncağın və üzv təşkilatların vəzifələri və digər təşkilati məsələlərlə bağlı müvafiq düzəlişlər edilib. Toplantıda Assosiasiyanın 2021-ci il üçün fəaliyyət planı təqdim olunub və əsas istiqamətlər müzakirə edilərək qəbul edilib. 

Bildirilib ki, yeni fəaliyyət planı çərçivəsində nəzərdə tutulan tədbirlər “Həyat üçün Mobillik” (Mobility for Life) şüarı altında keçiriləcək. Bu tədbirlərin icrası sayəsində şəhər həyatında rəqabətqabiliyyətlilik, sağlamlıq və ətraf mühit kimi əsas komponentlər nəzərə alınmaqla ictimai nəqliyyatın əhəmiyyətini inkişaf etdiriləcək. Fəaliyyət planı özündə əsas 4 proqramı birləşdirir: dayanıqlı şəhər və ictimai nəqliyyat, karbonlaşdırılmamış və aşağı emissiya mobilliyi, daha yaxşı şəhər mobilliyi üçün sistemlər və xidmətlərin inkişaf etdirilməsi, ictimai nəqliyyatın və onun şəhər mühitinin yenidən müəyyənləşdiriıməsi. 

Tövsiyə edilib ki, bu proqram üzv təşkilatlar tərəfindən də fəaliyyətlərinin planlaşdırılması və icrası zamanı nəzərə alınsın. 

Toplantıda İdarə Heyətinə seçilmiş səlahiyyətli nümayəndələr təsdiq edilib. İlk dəfə olaraq təşkilatın fəaliyyətində müstəsna rolları olan nümayəndələr fəxri adlarla təltif olunub. 

Sonda Assosiasiyanın vitse-prezidenti, Orta Şərq ölkələri və Şimali Afrika ofisinin rəhbəri, eyni zamanda Səudiyyə Ərəbistanı İctimai Nəqliyyat Şirkətinin sədri Xalid Alhoqail İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyasının növbəti 2 il müddətinə yeni prezidenti seçilib. 

Bakı Nəqliyyat Agentliyi İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyaya 2018-ci ildə üzv qəbul edilib. Assosiasiya 1885-ci il avqustun 17-də təsis edilib. Baş qərargahı Brüssel şəhərində yerləşən təşkilat 16 regional filial və əlaqələndirmə mərkəzini özündə birləşdirir. Təşkilatın 100 ölkədən 1800 üzvü var. İctimai nəqliyyatın təbliğ edilməsi, ən yaxşı təcrübənin yayılması, beynəlxalq forum və konfransların keçirilməsi təşkilatın əsas fəaliyyət istiqamətlərindənd


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020