Əsas səhifəÖlkə“Yolunuzu bizdən salın!” yarışmasının qalibləri mükafatlandırıldı.
PAYLAŞ

“Yolunuzu bizdən salın!” yarışmasının qalibləri mükafatlandırıldı.

Ölkə 24 iyun 2021 12:00 1452

Ötən gün respublikanın uşaq-gənclər inkişaf mərkəzlərini təmsil edən 47 komanda arasında “Yolunuzu bizdən salın!” devizi altında yol hərəkəti təhlükəsizliyinin təbliğinə dair məktəblilər arasında keçirilmiş yarışın qaliblərinin mükafatlandırılması mərasimi baş tutub.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi və Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə ölkəmizin müxtəlif bölgələrində təhsil alan şagirdlərin yol hərəkəti qaydaları ilə bağlı bilik və bacarıqlarını yoxlamaq, onların bu sahəyə marağını artırmaq və respublika üzrə qalib komandanı müəyyənləşdirmək məqsədilə onlayn formada keçirilmiş yarışda 1-ci yerə layiq görülən Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin komandası elə həmin müəssisədə təşkil olunmuş mərasimdə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən müvafiq diplom və hədiyyələrlə təltif edilib.

Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi tərəfindən yarışda 2-ci və 3-cü yerlərin qalibi olmuş Qazax və Qusar rayon uşaq-gənclər inkişaf mərkəzlərinin komandalarının, habelə təhsil müəssisələrində yol hərəkəti qaydaları üzrə bilik və bacarıqların tədrisi sahəsində uğurlu nəticələr əldə etmiş uşaq-gənclər inkişaf mərkəzlərinin və pedaqoji heyətin də diplom və təşəkkürnamələrlə təltif olunduğu qeyd edilərək həmin mükafatların da aidiyyəti DYP qurumları tərəfindən təqdim olunacağı bildirilmiş, bununla yanaşı tədbirdə iştirak edən 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoruna “Təşəkkürnamə”, həmin mərkəzin şöbə rəisinə isə “Fəxri Fərman” təqdim edilmişdir.

Sumqayıt şəhər Təhsil Şöbəsinin, uşaq-gənclər inkişaf mərkəzlərinin rəhbər heyətinin və digər qonaqların iştirak etdiyi tədbirdə çıxış edənlər sözügedən yarışın “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” çərcivəsində görülən işlərə töhfə olduğunu bildirmiş, pilot layihə formasında keçirilən bu müsabiqənin gələcəkdə davamlı olaraq təşkil olunmasının vacibliyini vurğulamışlar.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020