Əsas səhifəNəqliyyatHeydər Əliyev prospekti əsas yolun “Bağırov” körpüsü kimi tanınan yolayırıcı tuneldən keçən hissəsində ayırıcı bordürün inşası ilə bağlı layihə hazırlanıb
PAYLAŞ

Heydər Əliyev prospekti əsas yolun “Bağırov” körpüsü kimi tanınan yolayırıcı tuneldən keçən hissəsində ayırıcı bordürün inşası ilə bağlı layihə hazırlanıb

Nəqliyyat 30 İyun 2021 16:25 3713

Paytaxt yollarında hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması tədbirləri davam etdirilir. Bu çərçivədə Heydər Əliyev prospekti əsas yolun “Bağırov” körpüsü kimi tanınan yolayırıcı tuneldən keçən hissəsində ayırıcı bordürün inşası ilə bağlı layihə hazırlanıb. Layihənin icrası prospektin bu hissəsində baş verən yol nəqliyyat hadisələri zamanı ölüm və xəsarət alma risklərinin minimuma endirilməsinə, piyada təhlükəsizliyi səviyyəsini daha da artırmağa imkan verəcək. 

 Müvafiq dövlət qurumlari ilə razılaşdırılan layihənin icrasına başlanılıb. Bu səbəbdən, yolun hər iki istiqamətində orta zolaqlar üzrə nəqliyyat axınında fasilələrlə müəyyən ləngimələr yarana bilər.
 
 Sürücülərdən hərəkətin təhlükəsizliyi məqsədi ilə görülən işlərə anlayışla yanaşmalarını xahiş edirik.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020