Əsas səhifəNəqliyyatBakı Nəqliyyat Agentliyinin əməkdaşlarına ictimai nəqliyyatın planlanması üzrə təlim keçirilib
PAYLAŞ

Bakı Nəqliyyat Agentliyinin əməkdaşlarına ictimai nəqliyyatın planlanması üzrə təlim keçirilib

Nəqliyyat 02 İyul 2021 13:12 1671

Vətəndaşlara daha müasir, eyni zamanda daha keyfiyyətli sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə bu sahədə çalışan əməkdaşların bilik və bacarıqlarının artırılması tədbirləri davam etdirilir. Bu çərçivədə Fransanın Lumiplan şirkətinin mütəxəssisləri Bakı Nəqliyyat Agentliyinin əməkdaşlarına ictimai nəqliyyatın planlanması ilə bağlı HEURES proqramının “Kartoqrafiya və Nəqliyyat vasitələri üçün qrafiklərin yazılması” modulları üzrə təlim keçirilib. Mərkəzləşdirilmiş Vahid Dispetçer şöbəsinin əməkdaşlarının iştirak etdiyi təlim bir həftə davam edib. Təlimdə iştirakçılara marşrut xətlərinin formalaşdırılması, ictimai nəqliyyatın, eləcə də hərəkət qrafiklərinin planlaması üçün lazım olan digər məlumatların işlənib hazırlanması üzrə praktiki məşğələlər keçirilib. Sonda təlim iştirakçıları Lumiplan şirkətinin sertifikatı təqdim olunub.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020