Əsas səhifəNəqliyyatMoskva Şəhər Forumu çərçivəsində UITP-nin Avrasiya bölməsi üzrə dəyirmi masa keçirilib
PAYLAŞ

Moskva Şəhər Forumu çərçivəsində UITP-nin Avrasiya bölməsi üzrə dəyirmi masa keçirilib

Nəqliyyat 05 İyul 2021 16:46 1889

Moskva Şəhər Forumu çərçivəsində UITP-nin Avrasiya bölməsi üzrə dəyirmi masa keçirilib.
1-4 iyul 2021-ci il tarixlərində Moskva şəhərində qlobal meqapolislərin inkişafı çağırışlarına həsr olunmuş beynəlxalq əhəmiyyətli Moskva Şəhər Forumu keçirilib. Forumda 33 ölkədən olan nümayəndələr tərəfindən müxtəlif mövzularda çıxışlar edilib. 
Forum çərçivəsində 2 iyul tarixində İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiya (UITP) tərəfindən “Avrasiya regionunda ictimai nəqliyyatın inkişaf yolu və yeni reallığın çağırışları” mövzusunda dəyirmi masa keçirilib, pandemiyanın Avrasiya regionunda ictimai nəqliyyata təsirləri, əksepidemik tədbirlərin həyata keçirilməsi, uyğun həllərin tapılması və sərnişindaşımaların mobilliyinin təmin edilməsi istiqamətində tətbiq edilən yeniliklər barədə müzakirələr aparılıb.  
Moskva İctimai Nəqliyyat üzrə Araşdırmalar və İnkişaf İnstitutunun ("Mostransproekt") direktoru Aleksandr Polyakovun moderatorluğu ilə keçən dəyirmi masada Bakı Nəqliyyat Agentliyinin Aparat rəhbəri Gülşən Rzayeva pandemiyanın ictimai nəqliyyat sahəsində yaratdığı çətinliklər və imkanlar mövzusunda çıxış edib. Pandemiya zamanı tətbiq olunan məhdudlaşmalar fonunda vətəndaşların ictimai nəqliyyat tələblərinin qarşılanması üçün atılan addımlar və nəticələri tədbir iştirakçılarının diqqətinə çatdırılıb. İctimai nəqliyyatda  əlçatanlığın, rahatlığın və təhlükəsizliyin təmin edilməsi istiqamətində Agentlik tərəfindən həyata keçirilən operativ tədbirlər, ekspres xətlərin və  avtobus zolaqlarının təşkili haqda məlumat verilib, piyada zonaları və velosiped yollarının yaradılması, ümumilikdə  şəhər mobilliyinin inkişafı istiqamətində görülən işlər və gələcək planlar iştirakçıların diqqətinə çatdırılıb. BNA tərəfindən görülən işlər ekspertlər tərəfindən təqdirəlayiq hesab edilib.
Tədbirdə UITP-nin Baş katibi Mohamed Mezqani çıxış edərək pandemiya dövründə ictimai nəqliyyatda sərnişindaşımanın effektivliyini artırmaq, yoluxmaların qarşısını almaq üçün təmassız və yeni rəqəmsal idarəetmələrin tətbiqi barədə fikirlərini bölüşüb. Eyni zamanda, piyadayönümlü şəhər mühitinin yaradılması, ekoloji təmiz nəqliyyat vasitələrinə - velosipedlərə üstünlük verilməsi, şəxsi nəqliyyat vasitələrinin sayının azaldılması və sağlam, mobil şəhərlərin yaradılması üçün çağırışlar edib.
Avropa Yenidənqurma və İnkişaf Bankı, Şəhər Nəqliyyat və Ətraf Mühit Departamentinin baş mütəxəssisi Yan Gennings şəhərlərin sosial-iqtisadi və ekoloji mühitinə təsir edən dayanıqlı, təhlükəsiz və etibarlı ictimai nəqliyyat sisteminin formalaşması üçün ölkələrə investisiyaların yatırılmasının vacibliyini qeyd edib.
Mosqortrans və Moskva metrosunun direktor müavini Yuliya Temnikova pandemiya əleyhinə görülən işlərdən, ictimai nəqliyyatda təmassız ödənişlərin tətbiqi və digər yeniliklərdən bəhs edib. 
Dəyirmi masadan sonra Bakı Nəqliyyat Agentliyi və "Mostransproekt" arasında əməkdaşlıq üzrə memorandum imzalanıb. Memoranduma əsasən tərəflər intellektual nəqliyyat sistemləri, nəqliyyat infrastrukturunun dizaynı, texnologiyalar və digər məsələlərlə bağlı təcrübə mübadiləsi üzrə birgə fəaliyyətlər həyata keçirmək üçün razılığa gəliblər.
BNA 2018-ci ildən UITP-nin üzvüdür və 2019-cu ildən Avrasiya İcraiyyə Komitəsində təmsil olunur.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020